Sui-qəsd nəticəsində öldürülən Slovakiyanın baş naziri Robert Fiko ölümlə həyat arasındadır və bu, təkcə ölkəsi üçün deyil, Macarıstan üçün də ağırdır. 

"Unikal" xəbər verir ki, bunu Macarıstan hökumətinin başçısı Viktor Orban yerli KİV-ə müsahibəsində deyib. 

O xatırladıb ki, slovakiyalı həmkarı bir çox beynəlxalq məsələlər, o cümlədən Ukrayna münaqişəsi ilə bağlı onunla eyni fikirdədir.

“Biz Slovakiyanın Baş naziri üçün dua edirik, onun üçün narahatıq və təbii ki, onun sağalmasını və mümkün qədər tez işə qayıtmasını arzulayırıq. İndi Robert Fitso həyatı üçün mübarizə aparır, o, ölümlə həyat arasındadır”, - Orban bildirib.

Xatırladaq ki, mayın 15-də Slovakiyanın qərbindəki Handlova şəhərində Fitsoya silahlı hücum olub. Baş nazir döş qəfəsindən, qarnından və əzalarından güllə yaraları alıb və onun vəziyyəti ağırdır, lakin hakimiyyət orqanlarının məlumatına görə, həyati təhlükə keçib. Hücum edən şəxs saxlanılıb. Slovakiya mətbuatının məlumatına görə, bu, yazıçı Juray Cintuladır. O, siyasi motivlərlə baş naziri öldürməyə cəhddə ittiham olunur.

Gülayə Mecid