Faktiki olaraq Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Mümkün günahkarlar artıq bəllidir. 

"Unikal" xəbər verir ki, bu barədə rusiyalı politoloq Stanislav Tarasov açıqlayıb. 

Onun sözlərinə görə, çevrilişlə bağlı Ankaranı Kreml xəbərdar edib: "Söhbət FETÖ hərəkatından və ya 2016-cı ildə dövlət çevrilişinə cəhddə də günahlandırılan Gülənçilərdən gedir. Bunun qarşısı əvvəlcədən belə bir məlumata malik olan ruslar sayəsində Ankaraya çatdırılıb".

Politoloq hesab edir ki, Türkiyədə kifayət qədər ciddi proseslər gedir və bütün bunlar diqqətlə təhlil edilməlidir: "Ərdoğan AKP-nin toplantısında xəbərdarlıq edib ki, ciddi struktur və kadr dəyişiklikləri gözlənilir ki, bu da öz xalqının narazılığına səbəb olub və ya yarada bilər. Ərdoğanın ortağı, “Milli Hərəkat” partiyasının lideri Dövlət Baxçalı hökumətə qarşı hazırlanan sui-qəsdə qoşulmaqda günahlandırılıb, bundan sonra Ərdoğan Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın və ədliyyə naziri Yılmaz Tunc ilə təcili görüşlər keçirib. Bundan sonra FETÖ-yə qarşı geniş əməliyyatlar aparılıb və 48-i Ankarada olmaqla 544 nəfər həbs edilib. Hədəfdə olan təşkilatın heç vaxt hakimiyyət dəyişikliyini həyata keçirmək üçün gücü və siyasi resursları olmayıb".

Ağarza Elçinoğlu