Altmış, yetmiş və hətta doxsan yaşlarında olan bəzi insanlar yaşlanma ilə bağlı bütün stereotipləri qırırlar. Onlar qəlbən gənc qalırlar və hətta gənclərin həsəd apardığı aktiv həyat tərzi sürürlər.

"Unikal" bu ruhlandırıcı insanlardan birinin, "Baddiewinkle" kimi tanınan sosial media fenomeni Helen Ruth Elamı təqdim edir:

1928-ci ildə anadan olan Helen, sosial mediada üç milyondan çox izləyiciyə sahibdir.

O, ağ saçları və fərqli geyim tərzi ilə "ən dəbli nənə" ləqəbini qazanıb. Helen hər dəfə sosial şəbəkədə foto paylaşanda cəsarətli moda anlayışı ilə hər kəsi heyran edir. Çoxları onun yaşın sadəcə bir rəqəm olduğunu sübut etdiyinə inanır. Onun şöhrəti nəvəsi Kennedi Lyuisin tərəfindən yayılıb.  Belə ki, qız nənəsini sosial şəbəkə paylaşaraq onu daha da məşhurlaşdırıb. 

Qeyd edək ki, Rihanna, Kloe Kardaşyan, Nikol Richie, Gwen Stefanie, Miley Cyrus və Drake kimi məşhurlar onu izləyir.

Zərifə Nağıyeva