İran hüquq-mühafizə orqanları üç Avropa ölkəsinin vətəndaşının da daxil olduğu şeytani təriqətin 261 üzvünü saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Polis satanistləri elə ayinin keçirildiyi yerdə saxlayıb. Ümumilikdə 146 kişi və 115 qadın saxlanılıb.

Məlumata görə, təriqətçilər çılpaq olub, bədənlərində və paltarlarında şeytani simvollar olub.