Rusiyada Hərbi Akademiya ərazisində partlayış olub, yaralılar var.

Unikal” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Sankt-Peterburq şəhərində S. M. Budyonnıy adına Hərbi Rabitə Akademiyasının ərazisində  baş verib.  Partlayış nəticəsində 7 hərbçi yaralanıb və onlara bütün lazımi tibbi yardım göstərilib. 
Şəhər qubernatoru Aleksandr Beqlov bildirib ki, Budyonnıy Hərbi Rabitə Akademiyasında baş verən insident Müdafiə Nazirliyinin məsuliyyəti zonasındadır və terror xarakteri daşımır. 
Aparılan araşdırma nəticəsində partlayışın  səbəbi də məlum olub. Bildirilib ki, Hərbi Akademiyanın zirzəmilərindən birində aparılan təmizlik işləri zamanı 76 mm-lik sursat partlayıb.