19 May Atatürkü Anma, Gənclik İdman Günü tədbirləri çərçivəsində keçirilən yaxta yarışları səbəbindən İstanbul dəniz boğazlarında gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.

"Unikal" xəbər verir ki, Sahil Təhlükəsizliyi Baş İdarəsindən alınan məlumata görə, səhər saatlarından ərazidən keçid məhdudlaşdırılıb.

Bildirilir ki, İDO Kuboku Boğaziçi Yaxta Yarışları "TAYK Trophy" yerli vaxtla saat 18.00-a qədər davam edəcək.