Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov (63 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

"Unikal" xəbər verir ki, idmançımız finalda Vitali Yeriomenkonu (Moldova) üstələyib.

Qeyd edək ki, U-23 Avropa çempionatı mayın 26-da başa çatacaq.

XXX

18:40

Azərbaycanın daha iki yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

"Unikal" xəbər verir ki, Nihad Quluzadə (60 kq) və Qurban Qurbanov (82 kq) bu raundda iştirak hüququ qazanıblar.

Ruslan Nurullayev (72 kq) yarımfinalda məğlub olub və bürünc medal uğrunda mübarizə aparacaq. Fərahim Mustafayev (67 kq) 1/4 finalda, Murad Əhmədiyev (97 kq) təsnifat mərhələsində uduzub.

Bu gün həmçinin Laçın Vəliyev (87 kq) və Rəşad Məmmədov (55 kq) bürünc medal uğrunda görüşdə, Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) isə finalda yarışacaq.