Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə direktor əvəzi təyin edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən, Respublika Narkoloji Mərkəzinin direktoru vəzifəsi Fəzail Sadıqova həvalə olunub. O, buna qədər Bakı Şəhər Narkoloji Dispanserində çalışıb.

Xatırladaq ki, Respublika Narkoloji Mərkəzinin sabiq direktoru Elşən Mustafayev 2024-cü ilin mart ayında barəsindəki korrupsiya faktlarına görə həbs olunub.

Seymur Əli