Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrası yekunlaşıb.

"Unikal" xəbər verir ki, əfvin icrası Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin müəssisələrində və Probasiya xidmətində həyata keçirilib.

****12:58

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

"Unikal" xəbər verir ki, bu Cəzaçəkmə Müəssisəsində sərəncam ümumilikdə 9 nəfərə şamil olunub. Onlardan 7 məhkum azadlığa buraxılıb. Azadlığa buraxılanlardan 2-si Türkiyə, 2-si isə Əfqanıstan vətəndaşlarıdır.

İki nəfər məhkumun isə cəza müddəti azaldılıb. 

***

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

"Unikal" xəbər verir ki, bu Cəzaçəkmə Müəssisəsində sərəncam ümumilikdə 8 nəfərə şamil olunub. Onlardan 3 məhkum azadlığa buraxılıb, 5 məhkumun isə cəzası azaldılıb.

***

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

"Unikal" xəbər verir ki, məhbusların cəza çəkdiyi 10 saylı cəzaçəkmə müəssisəsindən 3 nəfər azadlığa buraxılıb, 6 nəfərin isə cəzası azaldılıb.

***10:52

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

"Unikal" xəbər verir ki, məhbusların cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən 3 nəfər azadlığa buraxılıb. Onlardan 2-si Əfqanıstan, 1-i isə Rusiya vətəndaşıdır.

***

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

"Unikal" xəbər verir ki, qadın məhbusların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsindən dörd nəfər azadlığa buraxılıb.

***09:05

Bu gün Prezident İlham Əliyevin imzaladığı və ümumilikdə 154 nəfərə şamil edilən "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamın icrasına başlanılır.

"Unikal" xəbər verir ki, sərəncamın icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2, 4, 10, 16, 17 saylı cəzaçəkmə müəssisələrində həyata keçiriləcək.

Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib.

Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilib,  4 nəfər isə cəzadan azad edilib.

Həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb.

Eləcə də sərəncamın şamil olunduğu məhkumlardan 8 əcnəbi vətəndaş əfv edilib. Əfv edilənlərdən 5-i Əfqanıstan, 2-i Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.

Müxbir: Anar Kəlbiyev

Fotolar: Ayxan Məlikov