Son həftələrdə fırtınalar və güclü yağışlar İtaliyanın bir çox bölgəsini su altında qoyub. Təcili yardım briqadaları insanları evlərindən xilas etmək üçün qayıqlardan istifadə edir, bununla yanaşı, bir çox avtomobil yollarda su altında qalıb. Milanı da iki çayın daşması nəticəsində su basıb.
"Unikal" xəbər verir ki, İtaliyada baş verən sel fəlakəti zamanı 3 dost sel sularına qurban gedib.
Gənclərin ölməzdən saniyələr əvvəl bir-birini qucaqlayıb xilas olunmağı gözlədiyi anlar anbaan kadra alınıb. 20 yaşlı Patrizia Kormos, 23 yaşlı Bianca Doros və 25 yaşlı Cristian Molnar adlı üç dost sel suları tərəfindən sürüklənərək həyatını itirib.
Seymur Əli