Ukraynanın səhiyyə nazirinin keçmiş müavini xaricə insan orqanlarının satışında şübhəli bilinir.
“Unikal” xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Ukraynada anatomik materialların xaricə ixracı ilə bağlı ölkənin səhiyyə nazirinin keçmiş müavininin də daxil olduğu irimiqyaslı qrup ifşa edilsə də sabiq nazir müavininin adı çəkilmir. Cinayətkar dəstə 11 nəfərdən ibarət olub. Buraya idarənin keçmiş müdir müavini ilə yanaşı, mərkəzi Kiyev xəstəxanasının və digər klinikaların həkimləri də daxil idi.
Qrupun təşkilatçıları köməksiz vəziyyətdə olan insanların orqanlarını, onların hissələrini və hüceyrələrini qanunsuz olaraq çıxarmaqda, sonra isə bu anatomik materialları satmaqda şübhəli bilinirlər. Cinayətkar qrupun bütün üzvlərini 12 ilə qədər həbs gözləyir.