Yasamal rayonunun Həsənbəy Zərdabi küçəsində 4 yaşlı uşaq evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. 

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə ondoqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış uşağı xilas ediblər.