23 yaşlı İrəvan sakini polis əməkdaşını bıçaqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, gecə saatlarında "Nissan" markalı avtomobil fövqəladə vəziyyət yaratdığı üçün patrul əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün inzibati məsuliyyətə cəlb edilməsi və adıçəkilən avtomobilin xüsusi mühafizə olunan əraziyə aparılması məsələləri ilə əlaqədar Daxili İşlər Nazirliyinin iki polis əməkdaşı ilə sürücü arasında mübahisə yaranıb.
Polislər digər qrupları köməyə çağırıblar. Həmin vaxt 23 yaşlı gənc patrul məmurunu bıçaqlayıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq davam edir.
Ağarza Elçinoğlu