Rusiya Amerika vətəndaşları tərəfindən seçilən istənilən ABŞ prezidenti ilə işləməyə hazır olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Putin qeyd edib ki, ABŞ-də qarşıdan gələn prezident seçkilərinin yekun nəticəsi Moskva üçün o qədər də önəmli deyil: "Rusiya ABŞ-nin daxili siyasətinə heç vaxt qarışmayıb və qarışmır, olanları kənardan izləyir. Biz Amerika xalqı tərəfindən seçilən istənilən prezidentlə işləyəcəyik".
Bundan əlavə, Putin ABŞ və Ukrayna arasındakı münasibətlərdən danışaraq bildirib ki, Vaşinqton yalnız öz hegemonluğunda maraqlıdır.
Ağarza Elçinoğlu