Ukrayna prezidenti Volodimir Zelenskinin İsveçrədə keçirilən sülh sammiti uğursuz olacaq, çünki dünyanın bir çox ölkəsi iştirakdan imtina edib.
"Unikal" xəbər verir ki, bu barədə britaniyalı ekspert Aleksandr Merkuris özünün "YouTube" bloqunda bildirib.
"İsveçrədə Ukrayna üzrə qondarma sülh konfransı dağılır. Çinlilər iştirak etməyəcək. Görünən odur ki, pakistanlılar, Braziliya və Cənubi Afrika təmsilçiləri də gəlməyəcək. Hindistan ən yüksək səviyyəli nümayəndələrini göndərməyəcək", - analitik bildirib.
Ekspert Ukraynanın Qərb müttəfiqləri klubuna daxil olmayan ölkələrin Zelenskinin təşəbbüsündə iştirak etmək istəmədiyini qeyd edib. O xatırladıb ki, hətta Kiyevin ən yaxın tərəfdaşı olan ABŞ prezidenti Co Bayden də İsveçrəyə gəlməyəcək.
Ukrayna münaqişəsinin Rusiyanın iştirakı olmadan həllinə dair sammit iyunun 15-dən 16-dək İsveçrənin Bürgenstok kurortunda keçiriləcək. Toplantıya 160-dan çox ölkədən nümayəndə heyətləri dəvət olunub. Onlardan 80-i iştirakını təsdiqləyib.
İclasda Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh formulu”ndan bəzi məqamları müzakirə edəcəklər: nüvə və ərzaq təhlükəsizliyi, hərbi əsirlərin mübadiləsi, götürülən ukraynalı uşaqların geri qaytarılması.
Gülayə Mecid