Türkiyə xarici işlər naziri Hakan Fidan HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.
"Unikal" TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “X” sosial media şəbəkəsində paylaşım edilib.
Hakan Fidan Türkiyə-Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Yüksək Səviyyəli Strateji Dialoq Xarici İşlər Nazirlərinin 6-cı Toplantısında iştirak etmək üçün Qətərin paytaxtı Dohaya gedib.