Külli miqdarda dələduzluqda ittiham olunan blogger və biznes-kouç Ayaz Şabutdinov barəsində daha beş cinayət işi açılıb.

"Unikal" TASS-a isitnadən xəbər verir ki, bu barədə Moskvanın Taqanski Məhkəməsinin müstəntiqi məlumat verib.

Müstəntiq bildirib ki, Şabutdinov Ayaz Rifatoviç 75 ağır cinayət törətməkdə təqsirləndirilir və ona qarşı daha 5 cinayət işi açılıb. Bloger barəsində on ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. 

Xatırladaq ki, Şabutdinov 2023-cü il noyabrın 3-də Moskvada dələduzluqda şübhəli bilinərək saxlanılıb. Blogger bahalı şəxsi inkişaf kursları, eləcə də çoxsaylı biznes təlim kursları satmaqla tanınır. Müstəntiqlərin fikrincə, Şabutdinov kurslar alan insanlar arasında təhsil proqramları sayəsində yüksək gəlirli biznes qurmaq imkanı haqqında yanlış fikir yaradıb. Blogerin təqsirini boynuna almadığı qeyd edilir.