Samuxda “15 İyun-Milli Qurtuluş Günü” münasibəti ilə tədbir keçirilib.Samux Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə partiyanın Samux rayon təşkilatının binasında keçirilən tədbirdə  Samux RİH-nin başçısı Firdovsi Əliyev, hüquq mühafizə oraqnlarının rəhbərləri, şəhid ailələri, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə  Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı.

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Firdovsi Əliyev yığıncağı açaraq, öncə Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçılarını və bütün samuxluları təbrik etdi və bildirdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ulu öndər - Heydər Əliyevdir.

Ulu öndərin siyasi kursu bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyada söz sahibidir, ölkəmiz tərəqqi və sürətli inkişaf yolundadır. Bu tərəqqi ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir, möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı və diqqətinin təzahürüdür. 

Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup şəxslər Samux Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman və hədiyyələrlə təltif edildilər.

Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı ilə başa çatıb.