Şəhid övladları üçün keçirilən “Məzun günü”ndə 40 şəhid əmanəti bir araya gəlib.

"Unikal" xəbər verir ki, bir neçə şəhid övladı öz fikirlərini AzTV Xəbər komandası ilə bölüşüb.

Onlardan biri də şəhid general-mayor Polad Həşimovun oğlu Davud Həşimov olub: 

"Bu 11 il ərzində mən çox xoş xatirələr topladım, təcrübələr qazandım. Və səbrin,zəhmətin önəmini öyrəndim. Çox istəyərdim ki, atam da yanımda olsun. Onunla birgə məzun günümü qeyd etmək istərdim. Amma mən atamın övladı kimi onun irsini davam etdirəcəm, onun dəyərlərini yaşadıqca yaşadacam".