Ukrayna Silahlı Qüvvələrinin Qorlovkada təşkil etdiyi hücumda yaralanan NTV telekanalının jurnalistlərindən biri dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə şəhər meri İvan Prixodko bildirib.
Onun sözlərinə görə, operator Valeri Kojin dünyasını dəyişib.
Xatırladaq ki, NTV kanalının müxbirləri Aleksey İvliev və Valeri Kojin Nikitovski rayonunun Qolmovski kəndində Qorlovka yaxınlığında baş verənləri işıqlandıraraq öz peşə vəzifələrini yerinə yetiriblər. Çəkiliş qrupu hücuma məruz qalıblar.