Çexiyanın şərqindəki Libavada hərbi poliqonda partlayış nəticəsində 9 hərbçi yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə “lidovky.cz” internet portalı məlumat yayıb. Bildirilib ki, yaralılardan 4-ü Olomouts xəstəxanasına, dördü isə hərbi hospitala aparılıb.
Bir nəfərə isə yerindəcə yardım göstərilib. Partlayış haqqında məlumatı daha əvvəl Çexiya ordusu “X” hesabında qeyd edib.
Hərbi poliqon Olomouts şəhərinin yaxınlığında yerləşir və 1949-cu ildən istifadə edilir.