Goranboyda avtomobillin yanacaq çəninin partlaması zamanı yanıq xəsarəti alan şəxs Bakıya aparılıb.

"Unikal" xəbər verir ki, 30 yaşlı Etimad Bayramov yanıq xəsarətlərinin çox olması səbəbindən paytaxtda yerləşən Yanıq Mərkəzinə göndərilib.

***17:36

Goranboy rayonunda avtomobillin yanacaq çəni partlayıb.

"Unikal"ın məlumatına görə, hadisə nəticəsində rayonun Səfikürd kənd sakini ağır yanıq xəsarətləri alıb.

Belə ki, 1994-cü il təvəllüdlü Bayramov Etimad Mahmud oğlu avtomobillin yanacaq çənində qaynaq işləri aparan zaman partlayış olub.

Ağır yanıq xəsarətləri alan E.Bayramov xəstəxanaya yerləşdirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Tural Əhmədov