Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında daha bir oyun başa çatıb.

"Unikal" xəbər verir ki, E qrupunun ilk matçında Rumıniya millisi Ukrayna ilə üz-üzə gəlib.

Qarşılaşma rumınların inamlı qələbəsi ilə bitib - 3:0.

26-cı dəqiqədə Nikolae Stanku, 53-cü dəqiqədə Razvan Marin, 57-ci dəqiqədə Denis Draquş fərqləniblər.

***18:14

Rumıniya - Ukrayna oyununda növbəti qollar vurulub.

"Unikal" xəbər verir ki, Rumıniya seçməsi növbəti dəfə vurduğu iki topla rəqibini məyus edib.

Hazırda Rumıniya 3:0 hesabı ilə qalib gəlir.

***17:55

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda ilk hissə başa çatıb.

"Unikal" xəbər verir ki, hazırda Rumıniya seçməsi 1:0 hesabı ilə öndədir.

Matçın 26-cı dəqiqəsində Nikolae Stanku fərqlənib.