Rusiya Prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasına ikigünlük rəsmi səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya liderinin təyyarəsi Pxenyan hava limanına enib. Orada onu Şimali Koreya lideri Kim Çen İn şəxsən qarşılayıb. Rusiya prezidentinin dövlət səfəri rəsmən başlayıb.
Kreml rəhbərinin səfər zamanı müxtəlif formatlarda bir sıra danışıqlar aparmağı planlaşdırdığı vurğulanır. Bundan əlavə, o, Kim Çen İnlə qeyri-rəsmi şəraitdə danışmağa hazırlaşır.