Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparatına yeni rəhbər təyin edilib. 

"Unikal" xəbər verir ki, bu vəzifə Cavid Hüseynova həvalə olunub. 

C. Hüseynov uzun illər məhkəmə-hüquq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2005-2023-cü illərdə Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri, 2023-2024-cü illərdə ədliyyə nazirinin müşaviri olub. 

2024-cü ildən isə Ali Məhkəmənin Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri vəzifəsində çalışırdı.