Tibbi tullantıların düzgün idarə olunması xüsusi əhəmiyyət kəsb edir. Tibbi tullantılar ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaradır

"Unikal" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

Nazir tibbi tullantıların toplanması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi üçün müasir metodları və texnologiyaları tətbiq etməyin vacib olduğunu bildirib.