Dövlət Gömrük Komitəsi (DGK) əməliyyat-istintaq baş idarəsi və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Pirallahı rayonunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Ford” markalı nəqliyyat vasitəsindən və digər saxlanc yerlərində gizlədilmiş Azərbaycan Respulikasının aksiz markası ilə markalanmayan külli miqdarda, 267806 manat dəyərində 837600 ədəd müxtəlif növ tütün məmulatları aşkar edilib.

DGK-dən "Unikal"a bildirilib ki, faktla bağlı komitənin əməliyyat-istintaq baş idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.