"İbtidai təhsilin islahatını uğurla sona çatdırmalıyıq. Yəqin ki, hələ bir neçə il lazımdır".

"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə deyib.

"Görünən odur ki, bütün problemlər ibtidai təhsildə baş verir", - deyə nazir bildirib.