İbtidai sinif müəllimlərinin sertifikatlaşdırma nəticələrinə görə Sumqayıt şəhərinin müəllimləri orta balı ən yüksək olan müəllimlərdir.

"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazir müəllimləri orta balı ən yüksək olan digər rayon və şəhərlərin adlarını açıqlayıb. O bildirib ki, paralel olaraq Bakı, Abşeron, Şirvan, Gəncə, Mingəçevir, Siyəzən, Quba, Oğuz, Şabran, Hacıqabul, Xaçmaz, Qazax, Salyan və Zəngilan müəllimləri sertifikasiyada yüksək nəticə göstəriblər.