"Sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin əməkhaqqısı sentyabrdan ehtimal olunur ki, 1295 manat və daha yuxarı olacaq".

"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə deyib.

Nazir bildirib ki, sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə 980 manat, sertifikatlaşdırmada iştirak etməyən müəllimlər isə hələ 750 manat alır.

"Növbəti illərdə o rəqəmlər də artacaq. Bizim hələ də 30 min müəllimiz aşağı maaş alır. Ona görə ki, az saatı var", - deyə nazir bildirib.

Qeyd edək ki, aşağıda təqdim etdiyimiz cədvəldə ölkə üzrə müəllimlərin nə qədər maaş aldığı göstərilib.