2024-cü il iyunun 23-də Dağıstan ərazisində terror aktları törədən mütəşəkkil cinayətkar dəstənin yaradılmasına görə məsuliyyət respublikanın Serqokalinski rayonunun keçmiş rəhbəri Maqomed Ömərovun oğlunun üzərinə düşür.
"Unikal" xəbər verir ki, bu barədə rəsmi ittiham elan olunub.
Ömərov məhz övladlarının terror aktında iştirakına görə tutduğu vəzifədən qovulub.
Dağıstan hökuməti iyunun 24-də Mahaçqala və Dərbənddə törədilmiş amansız terror aktı qurbanlarının xatirəsini yad etmək məqsədilə bütün respublikada üç günlük matəm elan edib.