İranın Ali lideri Ayətullah Əli Xamenei bu gün keçirilən prezident seçkilərində səs verib.
“Unikal” “İRNA”ya istinadən xəbər verir ki, o, İmam Xomeyni adına yaradılmış seçki məntəqəsində hüququndan istifadə edib.
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzasında öləndən sonra növbədənkənar prezident seçkiləri elan edilib.