SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BANM-də 2023/24 tədris ilinin yaz semestrində mübadilə proqramında təhsil almış əcnəbi tələbələrlə görüşüb. 

"Unikal" xəbər verir ki, onlar Turin Politexnik Universitetindən Villy Cospin Kemteu Doumtsop, Tümen Sənaye Universitetindən Evelina Unrau, eləcə də Atırau Neft və Qaz Universitetindən Asxat Abuzhait və Şarbanu Tilekkabilova, Qazaxıstan-Britaniya Texniki Universitetindən isə Dulat Jantassov və Jalgas Salamatovdur.

Görüş zamanı rektor təhsili uğurla başa vuran və ölkələrinə qayıdan tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.

Eləcə də tələbələr yaradılan şəraitdən məmnunluqlarını və tədrisin yüksək səviyyədə həyata keçirildiyini bildiriblər. Səmimi görüşə görə rektor Elmar Qasımova təşəkkür ediblər.