Azərbaycanda yeni rüsumlar müəyyən edilir.

"Unikal" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12500 manat, saxlanılması üçün 12500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.

Eyni zamanda, layihəyə əlavə edilən yeni 22.0.41-ci maddədə, döyüş sursatının layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12500 manat, saxlanılması üçün 12500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödənilməsi təklif edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Anar Kəlbiyev