Ukrayna sülh planının üç komponenti üzərində işləyir: enerji, ərzaq təhlükəsizliyi, hərbi əsirlərin mübadiləsi.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
"Bunlar prioritet sahələrdir, lakin sülh qətnaməsinin digər komponentləri üzrə paralel iş aparılır", - deyə o, Kiyevdə sloveniyalı həmkarı Nataşa Pirc Musarla görüşdən sonra deyib.
Zelenski qeyd edib ki, təfərrüatlı sülh planı ilin sonuna qədər hazır olacaq: "Hər şey yalnız Ukraynadan asılı olsaydı, müharibə olmazdı. Biz bu müharibəni uzatmaq istəmirik və tezliklə sülhə nail olmalıyıq. Biz sülh istəyirik, lakin güclü olmalıyıq".
Ağarza Elçinoğlu