27-28 iyun tarixlərində Bakıda keçirilən “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı Beynəlxalq Forum çərçivəsində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Serbiya Respublikası Ətraf Mühitin Mühafizəsi Nazirliyinin dövlət katibi xanım Sara Pavkov ilə görüşüb. 

"Unikal" xəbər veri ki, görüş zamanı ətraf mühitin mühafizəsi məsələləri və iki ölkə arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.