Perunun cənubunda 7,2 bal gücündə güclü zəlzələ baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentri 28 kilometr dərinlikdə yerləşib.
Zəlzələ ölkənin paytaxtından təxminən 600 km cənubda baş verib.
İtkinin olmadığı açıqlanıb.