ADNSU-nun BA Proqramlarının 3 bakalavr - “Sənaye mühəndisliyi”, “İqtisadiyyat”, “Kompüter mühəndisliyi”  ixtisasları və 2 magistr - “İdarəetmədə informasiya sistemləri” və “Biznesin təşkili və idarə olunması” ixtisaslaşmaları FIBAA Beynəlxalq Akkreditasiya Agentliyi tərəfindən 14 iyul 2030-cu il tarixinədək yenidən akkreditə edilib.

"Unikal" xəbər verir ki, bununla da qeyd edilən ixtisas və ixtisaslaşmalar üzrə tədris planının beynəlxalq səviyyədə tanınması daha 6 il  qüvvədə qalacaq.

Qeyd edək ki, ümumilikdə ADNSU-da 18 ixtisas Beynəlxalq akkreditasiyadan keçib. Hazırda dünyada ən çox yayılmış institusional və proqram akkreditasiyasıdır ki, təhsildə geniş tətbiq olunur və bir sıra üstünlükləri var. Belə ki, akkreditasiya müvafiq ixtisas üzrə tədris planının beynəlxalq olmasına, Bolonya sisteminin tələblərinə uyğun olaraq tələbələrin tədris müddətində təhsillərini digər universitetlərdə asanlıqla davam etdirə bilmələrinə, mobilliyə və diplomlarının dünyada tanınmasına, eləcə də universitetin beynəlxalq nüfuzunun artmasına şərait yaradır.