İyunun 28-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov şəhid Məcidov  Məhəmmədin oğlu Məcidov Şəhriyarın və şəhid  Ağalı Zaurun oğlu Ağalı Ayxanın toy məclislərində iştirak edib.

"Unikal" xəbər verir ki, hər zaman şəhid ailələrinə diqqəti ilə seçilən Taleh Qaraşov şəhid ailələrinin toy  şənliklərində iştirakı özünə mənəvi borc bilib. Şəhid övladlarına xeyir-dua verən icra başçısı dövlətimizin hər zaman bütün imkanları ilə onların yanında olduğunu vurğulayıb.     İcra başçısı qeyd edib ki, şəhid ailələrinə, övladlarına, qazilərə qayğı və diqqət istər cəmiyyətin, istərsə də dövlətin həssas yanaşdığı məsələlərdəndir. Sözügedən kateqoriyadan olan insanlara hörmət və ehtiram hər birimizin mənəvi borcudur.
Şəhid valideynləri və yaxınları da icra başçısının şəhid ailələrinə göstərdikləri həssas yanaşmaya görə razılıqlarını və məmnuniyyətinlərini ifadə ediblər. Şəhid əmanətlərinin hər zaman xüsusi həssaslıqla tam qayğı ilə əhatə olunduqlarına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını ifadə ediblər.