Yakutiyada meşə yanğınları ilə əlaqədar federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib.

"Unikal" xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

"Saxa Respublikasında (Yakutiya) meşələrdə yaranmış fövqəladə vəziyyətin federal fövqəladə vəziyyətə aid edilməsi qərara alınıb", - deyə idarədən bildirilib.

Bu qərar iyulun 1-də Fövqəladə Hallar Nazirliyinin rəis müavini Viktor Yatsutsenkonun rəhbərliyi ilə fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə hökumət komissiyasının növbədənkənar iclasında qəbul edilib. 

Qeyd olunub ki, Yakutiyada 107 təbii yanğın var. Ümumilikdə yanğın artıq 331 min hektardan çox ərazini əhatə edib. 

Ağarza Elçinoğlu