Rusiya Boks Federasiyası qarışıq döyüş növləri (MMA) döyüşçüsü Cavid Rzayevə qarşı Baş Prokurorluğa ərizə verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Federasiya 22 may 2024-cü il tarixində Hardcore FC Fist League yarışında baş vermiş insidentlə bağlı yoxlama aparıb. Onun nəticəsi ilə bağlı Baş Prokurorluğa ərizə verilib və idmançının diskvalifikasiya edilməsi barədə qərar qəbul edilib.

Rusiya vətəndaşı olan Azərbaycanlı döyüşçü turnirdə Sergey Prixodkonu məğlub edib. Bundan sonra Rzayev digər MMA döyüşçüsü Artur Kulinski ilə mübahisə edib və onu “rus donuzu” adlandırıb.

Aparıcı Rzayevi üzr istəməyə çağırıb. Az sonra o, Kulinskidən üzr istəyib. Sosial şəbəkələrdə yayılan reaksiyadan sonra R.Rzayev ictimaiyyət qarşısında yenidən üzr istəməli olub. 

Ağarza Elçinoğlu