Ermənistanda döyüş mövqelərindən birində müqaviləli əsgər Sargis Arturi Xaçatryan postda dayanarkən ona təhkim olunmuş avtomatla özünü vurub.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Respublikası İstintaq Komitəsi məlumat yayıb.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 522-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi (ehtiyatsızlıqdan özünü öldürmə və ya hədə-qorxu ilə amansız rəftar və ya hərbi hissədə hərbi qulluqçunun şərəf və ləyaqətini şəxsi alçaltma yolu ilə intihar həddinə çatdırma) ilə cinayət işi başlanıb.
***12:14
İyulun 3-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə məntəqəsində müqaviləli əsgər Sarqis Arturi Xaçatryan aldığı güllə yarasından ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.
Ağarza Elçinoğlu