Abşeronda ailə məişət zəmnində dava zamanı qadın ağır xəsarətlər alıb.

DİN-in mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, hadisə Abşeron rayonu Xırdalan şəhərində baş verib.

Belə ki, 1990-ci il təvəllüdlü Həsənova Şəbnəm Taleh qızına qısqanclıq zəminində çoxsaylı bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən həyat yoldaşı 1985-ci il təvəllüdlü Bayramov Anar Şamil oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət İşi başlanlıb, araşdırmalar aparılır.