Britaniyanın yeni Baş naziri Kir Starmer jurnalistlər üçün ilk mətbuat konfransını keçirib.
"Unikal" xəbər verir ki, o, iyulun 7-də Böyük Britaniyanın bütün dörd ölkəsini ziyarət etmək üçün səfərə çıxacağını diqqətə çatdırıb.
“Əvvəlcə Şotlandiyaya, sonra Şimali İrlandiyaya, daha sonra Uelsə gedəcəyəm, orada birinci nazirlərlə görüşəcəyəm”, - deyə Starmer bildirib.
Baş nazir deyib ki, o, Böyük Britaniyada fərqli iş üsulu qurmaq istəyir. Kir Starmer vəzifəyə gəldikdən sonra artıq bir sıra dünya liderləri ilə danışdığını və NATO Sammiti üçün növbəti həftə Vaşinqtona gedəcəyini qeyd edib.