"Deputatlığa namizədlər efir vaxtı çıxışlarına, fikirlərinə çox diqqət yetirməlidirlər".
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
“Biz heç kimə ayrı-seçkilik qoymuruq. Amma efirdə çıxışla bağlı rəhbərliyə məlumat verilməlidir. Tələblər qorunmalıdır”, - deyə M.Pənahov bildirib.