Qəzzada baş vermiş humanitar fəlakət vəziyyətinə görə dərin narahatlığını ifadə edir və mülki əhalinin seçimsiz hədəfə alınmasını qınayır.

"Unikal" xəbər verir ki, bu, “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”ndə əksini tapıb.

Bildirilib ki, TDT dərhal və daimi atəşkəsin təmin edilməsinə, Qəzzaya maneəsiz humanitar yardımın göstərilməsinə, eləcə də beynəlxalq hüquqa, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tam riayət edilməsinə; daha sonra İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll əsasında ədalətli və uzunmüddətli həllinə çağırır.