İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib.

"Unikal" xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dövlətimizin başçısını qarşılayıb.

Sonra Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının iştirakçıları birgə foto çəkdiriblər.