Böyük Britaniyanın baş naziri və Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak mayın 22-də erkən seçki təyin etmək qərarına gəlib və bu istiqamətdə fəaliyyətə başlayıb. Vətəndaşlar bu gün seçkiyə gedərkən, sosial şəbəkədə yayılan bir şəkil səs-küyə səbəb olub.

"Unikal" xəbər verir ki, fotoda baş nazir Sunak və aktrisa Bekki Holt yer alıb. Səhər proqramına qatılan Bekki Holt sualları cavablandırarkən, baş nazir Sunakın isə arxa planda növbəsini gözlədiyi görüntülənib.

Sunakın bu şəkli həm sosial mediada, həm də mətbuatda trend mövzusuna çevrilib. Fotoya bir çox sosial şəbəkə istifadəçisi və jurnalist şərh yazıb. "Independent" nəşrinin jurnalisti Ryan Coogan da ortaya çıxan görüntünü tənqid edənlər arasındadır:

"Hər gün baş nazirdən yeni bir boşboğazlıq və ya yöndəmsiz anların şahidi oluruq. Hər biri əvvəlkindən daha utancverici və təəccüblüdür. Onun Bu Səhərdəki görünüşü kimi hadisələri başqa necə izah edirsiniz? Baş nazir Britaniyanın ən güclü adamıdır. Aparıcılar Ben Shephard və Cat Deeley yöndəmsiz şəkildə arxa planda oturdular, çünki bikini geyinmiş aktrisa Holt Sunakdan daha yaxşı açıqlamalar,  döymələri haqqında məlumat verirdi"

Sosial şəbəkələrdə baş nazirin ümidsiz şəkildə səs qazanmağa çalışdığına dair sərt şərhlər də var.  

Gülayə Mecid