UEFA tərəfindən Merih Demiralın 2 oyunluq cəza almasına dair xəbərlər həqiqəti əks etdirmir.

"Unikal" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

UEFA-nın sözügedən məsələ ilə bağlı araşdırması davam edir.

xxx

23:01

UEFA Avro-2024-ün 1/8 final mərhələsində Avstriya ilə oyunda qol sevincini “boz qurd” işarəsi ilə bölüşən Türkiyə millsinin üzvü Merih Demiralı cəzalandırıb.

"Unikal" "Habertürk"ə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçiyə iki oyunluq cəza verilib. Bu isə o deməkdir ki, Demiral ən azı 1/4 finalda Niderlandla keçiriləcək oyunda meydanda olmayacaq.

Merih Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri oyunda dubl etmişdi.

Qeyd edək ki, iyulun 6-da keçiriləcək Niderland - Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.