Ermənistan Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqat Universitetinin rəhbəri Gennadi Tavaratsyan tutduğu vəzifədən azad edilib.
"Unikal" xəbər verir ki, müvafiq fərman Ermənistan prezidentinin saytında yerləşdirilib.
General-mayor Tavaratsyan 2018-ci ildə universitetin rəhbəri vəzifəsinə təyin edilib. 2009-cu ildən 2018-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Strateji Planlaşdırma İdarəsinin rəisi olub.